Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü qeyd olunub

Bu gün "Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü" ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov dəmiryolçularla birgə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın abidələri önünə gül dəstələri qoyulub. Daha sonra dəmiryolçular Şəhidlər xiyabanı ziyarət ediblər.

Sonda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamalar verib, görülən işlər və gələcək perspektivlərdən danışıb. Jurnəlistlərə açıqlamasında Cavid Qurbanov bu ilin sonunadək Bakı-Lənkəran dəmir yolunun yenidən tikilməsi və köçürülməsinin layihələndirilməsi başa çatacağı, Bakı-Qəbələ dəmir yolunun gələn il açılacağı, Sumqayıt dəmir yolu stansiyasının ilin sonunadək istifadəyə veriləcəyi barədə məlumat verib. Eyni zamanda qeyd olunub ki, bir ilə yaxın müddətdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə 3 minədək konteyner və vaqon daşınıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə