Müdafiə nazirliyi rabitə vasitələri ilə təchiz ediləcək

Azərbaycanın Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. SİA xəbər verir ki, sənədə Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev qol çəkib.

Memorandum Müdafiə Sənayesi Nazirliyinin Müdafiə Nazirliyini yeni rabitə vasitələri ilə təchizatını nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...