Türkiyədə Azərbaycanın da iştirakı ilə hərbi dəniz təlimləri keçiriləcək

Azərbaycan ABŞ və başqa dövlətlərin iştirakı ilə Aralıq dənizinin Türkiyə hissəsində keçiriləcək hərbi təlimlərdə iştirak edəcək. Bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Baş Qərargahdan bildirilib ki, təlimlər sentyabrın 28-də başlayıb, oktyabrın 7-də başa çatacaq.

“Mavi balina-2018” adlanan hərbi dəniz təlimləri Aralıq dənizinin şərqində keçiriləcək. Təlimlərdə ABŞ və NATO üzvü olan digər ölkələrin, Azərbaycan, Bəhreyn, Əlcəzair, Qətər, Küveyt, Pakistan, Rumıniya və Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə