AMEA və “Turkish Aerospace” şirkəti əməkdaşlıq edəcək

Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq protokolu imzalanıb. AMEA-dan SİA-ya verilən xəbərə görə, məqsəd AMEA nəzdində akademik proqramlar vasitəsilə müdafiə və aviasiya sahəsində davamlı əməkdaşlığın qurulması, təcrübə mübadiləsi əsasında tədqiqat və inkişaf üzrə fəaliyyətin sürətləndirilməsidir.

Bundan əlavə əməkdaşlıq elmi-tədqiqat və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi, layihə və inkişaf proqramlarının reallaşdırılması, qarşılıqlı məsləhət və xidmətlərin təşkili, eləcə də birgə elmi-praktik görüşlərin keçirilməsinə xidmət edəcək.

Sənədi AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və “Turkish Aerospace” şirkətinin insan resursları üzrə vitse-prezidenti Mustafa Akkurt imzalayıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə