Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

“ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda 270-dən çox məmulat nümayiş etdirilir. SİA xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib.

Nazir müavini deyib ki, bu məmulatlar arasında dörd yeni silah növü var. Onlardan 23 millimetrlik snayper tüfəngi demək olar ki, dünyada nadir hallarda istehsal olunan silahdır. Bu silahı Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri konstruksiya sənədlərindən istehsalınadək özləri hazırlayıblar.

“Sərginin təşkilinin məqsədi hərbi texniki əməkdaşlığı genişləndirməkdir. Sərgi iki ildən bir keçirilməsinə baxmayaraq, iştirakçıların sayı getdikcə artır. İnanırıq ki, 2020-ci ildə keçiriləcək sərgidə təmsil olunan dövlətlərin və şirkətlərin sayı daha da artacaq”, - deyə Yəhya Musayev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə