Azərbaycanda mərmi atan yeni snayper istehsal olunub

Azərbaycanda mərmi atan yeni snayper istehsal olunub. SİA-nın məlumatına görə, 23×115 mm ölçülü snayperin çəkisi 34 kiloqramdır.

Silahın atdığı mərmi 6 kilometr uzağa gedir. Həmçinin 2 kilometri dəqiq vura bilir.

Silah ADEX 2018 Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə nümayişə çıxarılıb.

Yaxın vaxtlarda silah sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində istifadəyə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə