"Azercell"in dəstəyi ilə şagird və müəllimlər üçün təlimlər təşkil olunacaq

2018-2019-cu tədris ili çərçivəsində paytaxt və region məktəblərində şagird, valideyn və müəllimlər üçün internet təhlükəsizliyi ilə bağlı təlimlər təşkil olunacaq. SİA-nın məlumatına görə, bu barədə “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev sentyabrın 25-də “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq təlim proqramı"nın təqdimatında məlumat verib.

O qeyd edib ki, təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir. "Azercell" öz fəaliyyətində daim uşaqların müdafiəsinə önəm verdiyindən, məmnuniyyətlə bu aksiyanın təşəbbüskarı və təlimlərin sifarişçisi qismində çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə