Nəsimi və Nizami rayon məktəbləri ilə Şuşa rayon təhsil ocaqlarının qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi və Nizami rayon təşkilatlarının partiyanın Şuşa rayon təşkilatı ilə əməkdaşlığı çərçivəsində bu rayonun Bərdənin Həsənqaya kəndindəki 18, Şirvanlı kəndində yerləşən 19 və cəbhə bölgəsi olan Ağdamın Mirzələr qış yatağındakı 21 saylı orta məktəblərini hamiliyə götürməklə bağlı layihənin həyata keçirilməsinə başlanıb.

Qeyd edək ki, layihənin məqsədi həmin məktəblərlə əməkdaşlıq etmək, təhsil təcrübəsinin bölüşdürülməsilə bərabər, qaçqın və məcburi köçkünlərlə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinə, eyni zamanda respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə icra olunan layihələrə dəstək vermək, qaçqın və məcburi köçkünlərin mənəvi dayağı olmaqdır.

Bu məqsədlə sentyabrın 23-də YAP Nəsimi və Nizami rayon təşkilatlarının sədrləri, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva, həmçinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasında iştirak edən Nəsimi rayonu 247 saylı tam orta məktəbin direktoru Nihal Hacıyeva, Nizami rayonu 62 saylı liseyin direktoru Mətanət Cabbarlı və partiya fəalları, ictimaiyyət nümayəndələri “Salam Şuşa” devizi ilə Bərdə və Ağdam rayonlarına səfər ediblər.

Səfər zamanı sözügedən məktəblərin kollektivləri ilə görüşlər keçirilib, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüşlərdə YAP Şuşa rayon təşkilatının sədri, rayon təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...