Putin cüdo üzrə Dünya Çempionatını izləyəcək BAKIDA

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda keçirilən Dünya Çempionatını tribunadan izləyəcək. SİA Rusiya mətbuatına istnadən xəbər verir ki, Putin sentyabrın 25-də Bakıda olacaq.

O elə həmin gün V.Putinin Milli Gimnastika Arenasına yollanacaq və çempionatın altıncı yarış gününün görüşlərini izləyəcək.

Həmin gün Rusiya təmsilçilərindən tatami üzərinə kişilərdən Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi Kirill Denisovla Niyaz İlyasov (hər ikisi 100 kq), həmçinin qadın cüdoçu Aleksandra Babintseva (78 kq) çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə