Respublika İnnovasiya Müsabiqəsinə qoşul və Azərbaycanı beynəlxalq proqramda təmsil et
İnnovativ biznes ideyası və ya layihəsi olanlar – İstanbul sizi gözləyir!
Beynəlxalq “Istanbul Innovation Days 2018 on NextGenGov” proqramına birbaşa çıxış verən “Respublika İnnovasiya Müsabiqəsi” Azərbaycan 2018 innovasiya proqramına müraciətlər davam edir!
Elə indi “Respublika İnnovasiya Müsabiqəsi”-nə müraciət etməklə Azərbaycanı 2018-ci il noyabr ayında, İstanbul şəhərində keçiriləcək “Istanbul Innovation Days 2018” proqramında təmsil etmək şansını qazanın! Bu ilin 30 sentyabrı son müraciət tarixidir. Müraciət formasını http://sil.vc/accelerators/sdg-innovation-challenge/ elektron ünvanından əldə etmək mümkündür. Proqram özünün öyrədici strukturuna görə proqrama qəbul olunan innovativ layihə və ideya müəlliflərinə çox vacib proqress xətti təklif edir. “Respublika İnnovasiya Müsabiqəsi” proqramı ilə daha ətraflı tanış olmağa dəyər.
Kimlər bu proqramda iştirak edə, və hansı ideyalarla müraciət edə bilər?
İnnovativ biznes ideyasına sahib və sahibkar ruhlu hər bir şəxs bu proqrama qatıla bilər. Tələbə, sahibkar, innovativ layihə müəllifləri, müəllim, tədqiqatçı və s. peşənizdən asılı olmayaraq “Respublika İnnovasiya Müsabiqəsi” bu sahəyə maraq göstərən hərkəs üçün açıqdır. Müraciətlər ən azı bir Dayanıqlı İnkişaf Məqsədinə (SDGs) aid olan problemin həllinə yönəlməlidir. Proqrama iqtisadi, ekoloji və sosial sahələrə aid innovativ layihə və ya ideya ilə müraciət etmək olar. İstənilən bir sahəyə aid olan yeni, kreativ və orijinal ideya ilə hər kəs elə indi müraciət etmək şansına malikdir.
"Respublika İnnovasiya Müsabiqəsi" 4 əsas mərhələdən ibarətdir. Bu mərhələlər ayrı-ayrı tarixlərdə keçiriləcək. Birinci mərhələnin 8-9 oktyabr 2018-ci il tarixində keçirilməsi planlaşdırılır. Azərbaycan üzrə nəticələrə görə, proqrama qəbul olunan 15 innovativ layihə komandası “Sil.” innovasiya mərkəzinin mentor komandası tərəfindən 9 modul üzərində keçirilən 2 günlük intensiv kampda iştirak edirlər. Burada iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər.
İkinci mərhələ isə İntensiv pre-akselerasiya proqramı ilə – 10 – 18 oktyabr 2018-ci il tarixində keçiriləcək. Nəzərə almaq lazımdır ki. iki günlük bootcamp bitdikdən sonra komandalar ölkədaxili koçinq sessiyalarına başlayırlar. Burada komandalar ekspertlər tərəfindən vacib biznes konseptləri üzərində praktiki işləyəcək, layihələrinin ilkin işlək versiyasını hazırlayacaq və özlərini ölkə finalına hazırlayacaqlar.
Üçüncü mərhələ, Ölkə Finalı – 19 oktyabr 2018-ci il tarixinə nəzərdə tutulub. Ölkə daxili koçinq sessiyalarından sonra komandalar beynəlxalq ekspertlərin də iştirak edəcəyi münsiflər qarşısında “Istanbul InnovationDays 2018 on NextGenGov ”proqramına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ölkə finalı qalibi olan startap komandası 2018-ci ilin noyabr ayında İstanbul şəhərində keçiriləcək “Istanbul Innovation Days 2018”proqramına vəsiqə qazanacaqdır.
Dördüncü mərhələ "Istanbul Innovation Days 2018" isə – Istanbulda, 27 – 29 noyabr 2018-ci il tarixinə təsadüf edir. Ölkə Finalının qalib startap komandası dünyanın qabaqcıl investorları və ekspertlərinin iştirak edəcəyi “Istanbul Innovation Days 2018” beynəlxalq proqramında ölkəmizi təmsil edəcək.
Bu il Azərbaycandan proqrama qəbul olunacaq 15 startap komandası pre-akselerator proqramı çərçivəsində proqres edərək İstanbulda keçiriləcək qlobal proqramda iştirak vəsiqəsi və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar!
– “Respublika İnnovasiya Müsabiqəsi” Azərbaycan Finalı qalibi bütün xərcləri qarşılanaraq 27-29 noyabr 2018-ci il tarixlərində keçiriləcək “Istanbul Innovation Days 2018” proqramında Azərbaycanı təmsil edəcək!
Ölkə finalında ekspertlər tərəfindən ən potensiallı startap layihələri kimi seçilən 3 startap layihəsi uyğun olaraq aşağıdakı mükafatları qazanacaqlar:
– Birinci yer: ₼ 5,000 AZN,
– İkinci yer: ₼ 3,000 AZN,
– Üçüncü yer: ₼ 2,000 AZN.
– Ən yaxşı “Cleantech” təklifinin müəllifi əlavə olaraq “Sil” innovasiya mərkəzi tərəfindən keçirilən ClimateLaunchpad Azərbaycan 2019 proqramına birbaşa çıxış əldə edəcək.
Nəzərə almaq lazımdır ki, son müraciət tarixi 30 Sentyabr 2018-ci il tarixidir və özünə, idealarına güvənən müraciət edə bilər. Suallar yarandığı təqdirdə “Social Innovation Lab” Facebook səhifəsinə yazmaq və suallarla müraciət etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə