“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək”

Cari ilin aprel ayında Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Fransa, Latviya və Litvanın təmsil olunduğu konsorsium tərəfindən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı layihənin icrasına start verilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdan ibarətdir.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 25-də layihənin rəsmi təqdimatı ilə əlaqədar konfrans keçiriləcək.

Konfransın məqsədi ali təhsil müəssisələrini, digər maraqlı tərəfləri və geniş ictimaiyyəti növbəti iki ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin məqsədləri, məzmunu və əsas gözləntiləri barədə məlumatlandımaqdan ibarətdir.

Açılış konfransında rəsmi şəxslərin, ali təhsil müəssisələri rəhbərlərinin, layihəyə cəlb olunmuş ekspertlərin iştirakı nəzərdə tutulub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə