Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Qurumdan SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 25-də Mingəçevir şəhərində Ağdaş, Bərdə rayonlarının, eləcə də Yevlax və Mingəçevir şəhərlərinin sakinlərini qəbul edəcək. Qəbul Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində (20 Yanvar küçəsi, 172) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...