"Ən çox toz-duman Abşeronda müşahidə olunur"

"Toz-duman hava kütləsinin haradan daxil olduğunu peyk vasitəsilə müəyyən etmək mümkündür. Türkmənistanda, İranda, İraqda və digər ölkələrdə tez-tez toz dumanı müşahidə olunur. Əgər oradan Cənub axını müşahidə olunursa, o zaman həmin hava kütləsi Azərbaycana gəlir, xüsusilə də Abşeron yarımadasında müşahidə olunur". SİA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bu gün keçirilən mətbuat konfransında deyib.

Şöbə müdiri bildirib ki, başqa ölkələrdən Azərbaycana gələn toz-dumanı təbii prosesdir və bunun qarşısını almaq mümkün deyil. Onun sözlərinə görə, lakin toz dumanlı hava şəraitinin digər səbəbi insan fəaliyyəti ilə bağlıdır: "Son dövrlərdə nazirliyə 77 müraciət toz dumanı ilə daxildir. 16 tikinti obyekti ekoloji normativlərinə gözləmədikləri üçün toz dumanı müşahidə olunub. Onlara qarşı cəza tədbirləri həyata keçirilib".

ETSN tərəfindən istənilən müraciətlərə dərhal reaksiya verildiyini deyən U.Tağıyeva qeyd edib ki, insanlar toz-dumanının təbii və ya insan fəaliyyəti ilə bağlı olduğunu ayırmalıdır: "Biz karxanalarında və ya tikinti şirkətlərinin fəaliyyətinin dayandırılmasının tərəfdarı deyilik. Sadəcə görülən gözəl işlər insanlara narahatlıq verməməlidir. Bunun üçün müasir texnologiyalardan istifadə olunmalı, İstənilən fəaliyyət ekoloji normalara uyğun şəkildə aparılmalıdır. ETSN bu cür halları narahatçılıqlar qarşılayır və bu sahədə görülən işlər nəticəsində dəyişikliklər nəzərə çarpılır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...