Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb FOTO

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qazax şəhərində vətəndaşlarla görüşüb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə Qazaxla yanaşı, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının da sakinləri iştirak edib.

Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə