DİM sədri: "Maraq daha çox BB qrupunadır"

Dövlət qulluğuna aid olan imtahanlar hər ay keçirilir. Hər ay bu imtahanlardan əvvəl sınaq imtahanı təşkil olunur ki, bu da namizədlərə real imtahandan qabaq özlərini sınamağa imkan verir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlər İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib

O bildirib ki, Dövlət qulluğu imtahanından müsbət nəticə əldə edənlər müsabiqəyə cəlb edilir və daha sonra işə qəbul olunurlar: "Bütün dövlət orqanları tərəfindən bizə təqdim olunan vakant yerlər daxil olur. Ümumiyyətlə, dövlət qulluğu imtahanlarında yuxarı vəzifələrin tutulmasına maraq yoxdur. Əsasən maraq BB qrupuna aid olan kütləvi vəzifələrədir. Çünki burada şərtlər daha aşağı və iş stajı o qədər də çox tələb olunmadığından bu vəzifələrə daha çox tələb var".

M.Abbaszadənin sözlərinə görə, imtahanın növündən və təqdim olunan vakant yerlərdən asılı olaraq bəzən imtahanlar 1000-1500, bəzilərində isə cəmi 100 nəfər iştirak edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə