Bu ərazilərdə su kəsiləcək DİQQƏT

Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə SIA-ya “Azərsu” ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə