Naxçıvanda Aşura günü münasibətilə qanvermə aksiyaları keçirilib

Bu gün muxtar respublikanın bütün məscidlərində Aşura günü ilə bağlı mərasimlər keçirilib. Sarvanlar, Came, Pirqəmiş məscidlərinə təşkil edilən mərasimlərə qatılan vətəndaşlar könüllü şəkildə qan veriblər. Müayinələrdən sonra müvafiq qan qruplarına uyğun qan götürülüb.

Aksiyada toplanan qan analiz edildikdən sonra hemofiliya və talessemiyadan əziyyət çəkənlərə, eləcə də operativ əməliyyatlarda ehtiyacı olan xəstələrə çatdırılacaq.

Muxtar respublikanın rayonlarındakı məscidlərdə də Aşura günü ilə bağlı təşkil edilən qanvermə aksiyalarında yüzlərlə vətəndaş iştirak edib.(Nuhcixan)

Bütün xəbərlər Facebook səhifəmizdə