Naxçıvanda “Avropa günləri” keçiriləcək

Bu il Naxçıvan şəhərinin Azərbaycanın Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar muxtar respublikanın paytaxtında “Avropa günləri” keçiriləcək. SİA xəbər verir ki, sentyabrın 21-dən 23-dək davam edəcək tədbirlərdə Avropa İttifaqının rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak edəcəklər.

Tədbirin əsas hissəsi sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olacaq. Burada Azərbaycana, eləcə də Avropa ölkələrinə aid sərgilər, uşaqlar üçün intellektual və əyləncəli proqramlar, rəqslər, axşam isə açıq hava altında konsert proqramı təşkil ediləcək. Qonaqlar Naxçıvanın tarix və mədəniyyət abidələrini gəzəcək, turizm infrastrukturu ilə yaxından tanış olacaq, təhsil ocaqlarında müxtəlif görüş və konfranslar keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə