3180 nəfər qan verib Saat 12-yə olan məlumat

Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası davam edir. SİA-nın məlumatına görə, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, saat 12-yə olan məlumata görə, respublika üzrə 3180 nəfər aksiyalarda iştirak edərək qan verib. İndiyədək 1435 litr qan toplanıb.

Qanvermə aksiyası gün ərzində davam etdiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə