Neft sənayesi işçilərinə fəxri adlar verilib SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:

Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mühəndis”

Aslanov İlham Tağı oğlu

Hüseynov Otel Əhmədiyə oğlu

Quliyev Kərim Yaqub oğlu

Mehdiyev Faiq Mehdi oğlu

Nağıyev Roman Fərhad oğlu

Şamilov Valeh Məmməd oğlu

“Əməkdar müəllim”

Vəliyev Fuad Həsən oğlu.

Bütün xəbərlər Facebook səhifəmizdə