“Səs İnformasiya Agentliyinin yaranmasının 10 illik yubileyi ilə bağlı təbriklər gəlməkdə davam edir. Təbrik edənlər arasında millət vəkili Rauf Əliyev də SİA ilə bağlı xoş sözlərini ifadə edib.

“SƏS” Media Qrupuna daxil olan Səs informasiya Agentliyinin rəhbərliyini və kollektivini fəaliyyətlərinin 10 illiyi münasibətilə təbrik edir işlərində yeni-yeni uğurlar arzu edirəm. SİA 10 il ərzində uğurla, fasiləsiz olaraq Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən respublikamızın bütün bölgələrində, Rusiya, Türkiyə, Şərqi Avropa və Orta Asiya ölkələrindəki büroları vasitəsilə cəmiyyətin bütün fəaliyyət sahələrini əhatə edən dəqiq və operativ informasiya yayır. SİA regionun etimad və etibar qazanmış media Şirkətləri sırasında özünəməxsus yer tutub. Agentliyin kollektivini bir daha təbrik edir onlara çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzu edirəm”, - deyə təbrikdə qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə