Deputat rumıniyalı qonağa Dağlıq Qarabağ həqiqətlərindən danışıb

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Milli Məclisdə ölkəmizdə səfərdə olan Rumıniya Deputatlar Palatası Xarici işlər komitəsinin sədri xanım Rozaliya İboyya ilə görüş keçirib. Azərbaycan respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsindən SİA-ya verilən məlumata görə, görüşdə ikitərəfli parlamentlərarası əlaqələrin inkişafından danışılmış, beynəlxalq təşkilatlarda hər iki ölkənin parlamentarilərinin əməkdaşlığının vacibliyi vurğulanıb.

Aqiyə Naxçıvanlı qonağa komitənin fəaliyyəti və parlamentdə qəbul olunan ailə qanunvericiliyi haqqında məlumat vermiş, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız, Dağlıq Qarabağ problemi ilə əlaqədar onun ölkəsinin də Azərbaycanın haqq mövqeyini beynəlxalq tribunalarda dəstəkləməsinə dəvət edib.

Xanım Rozaliya İboyya öz növbəsində səmimi qəbuldan razı qaldığını, eyni zamanda Azərbaycanda aparılan gender siyasətindən və bu sahədə qəbul olunan qanunlardan məmnun olduğunu bildirdi. Qonaq öz nüfuzundan istifadə edərək, Azərbaycan maraqlarının təmin olmasında ölkəsinin fəal olacağını ifadə etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə