“ASAN Viza” vasitəsilə indiyədək 761 minə yaxın viza verilib

Bu günə kimi “ASAN Viza” vasitəsilə 760 min 700-dən çox viza verilib. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) mətbuat katibi Elnur Niftəliyev deyib.

O bildirib ki, bu vizaların 587 min 500-dən çoxu “ASAN Viza” portalı vasitəsilə, 173 min 200-dən çoxu isə hava limanlarında verilib. Hava limanlarında əməkdaşlar ölkəmizə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan, ingilis, fransız, ispan, alman, türk, hind, ərəb, fars, ibri, urdu, norveç və rus dillərində xidmət göstərirlər.

Qeyd edək ki, “ASAN Viza” özünəxidmət terminalları vasitəsilə hava limanında əcnəbilərə vizaların verilməsinə 2018-ci il mayın 15-dən etibarən başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...