Azərbaycan-ABŞ əməkdaşlığı müzakirə olunub

ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica növbəti dəfə Bakıya səfər edib. Səfəri çərçivəsində qonaq AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olub. SİA-nın xəbərinə görə, Ogie Kuraica RSXM-nin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb. Görüşdə iki ölkənin seysmoloji təşkilatları arasında əməkdaşlığın inkişaf perspektivləri və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.

Qeyd edək ki, RSXM-nin respublika ərazisində fəaliyyət göstərən seysmik stansiyaları "Kinemetriks" şirkətinin istehsalıdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...