Bu il Azərbaycanda 57 üçəm doğulub

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 1 458 əkiz, 57 üçəm doğulub. Dövlət Statistika Komitəsindən SIA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkədə 78 673, yaxud hər gün orta hesabla 371 doğulmuş körpə qeydə alınıb.

Bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır.

Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə