ETSN-nin “Qaynar xətt”inə daxil olan şikayət araşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Göygöl rayonu Toğana kəndi ərazisində kömür hazırlanması ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları araşdırıblar. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, araşdırma zamanı kənd sakinləri Məzahir Qurbanov və Məmməd Süleymanov tərəfindən həyətyanı torpaq sahələrində qanunsuz yolla əldə edilmiş meşə materialından kömür hazırlandığı faktı təsdiqini tapıb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən 300 manat məbləğində cərimə edilib. Kömür quyularının ləğv olunması məqsədilə onlara icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə