ƏƏSMN-da bayramı münasibətilə tədbir keçirilib

Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, tədbirdə Qurban bayramının xeyirxahlıqlıq və həmrəylik kimi yüksək dəyərləri özündə birləşdirən xüsusiyyətlərindən danışılıb. Tolerant cəmiyyət modeli nümunəsi olan ölkəmizdə milli-mənəvi dəyərlər sisteminin, müqəddəs dini adət-ənənələrimizin qorunub saxlanıldığı və daim uca tutulduğu qeyd olunub.

Tədbir çərçivəsində bir qrup əməkdaşa bayram hədiyyələri təqdim olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə