Komitə sədri: "Qurbanlıq heyvanlar ənənələrə uyğun kəsilməlidir"

"Azərbaycanda Qurban bayramı tarixən qeyd olunub və bu bayramda heyvanların kəsilməsi nəsildən-nəsilə ötürülən ənənələr əsasında olub. Hesab edirəm ki, bu qaydaları bilməyən kimsə yoxdur. Ancaq kimsə qurbanlıq heyvanların kəsim qaydalarını bilmirsə qurban ətinin kəsiminin qaydalarını bilənin kəsməsini həyata keçirsin". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Qurban kəsimi qaydalarını hər kəs internetdən də istifadə edərək öyrənə bilər: "Əgər qurbanlıq heyvanların ənənələrə uyğun olmayan formada kəsilməsi halları varsa, bu yolverilməzdir".

Bütün xəbərlər Facebook səhifəmizdə