Baş prokurorun görüş vaxtı dəyişdirilib

Baş prokurorun Saatlı rayonunda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinləri ilə avqustun 24-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

Qəbul avqustun 31-də, saat 10:00-da Saatlı rayon prokurorluğunun inzibati binasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə