ASAN Könüllüləri və Heydər Əliyev mərkəzləri sosial layihəyə start veriblər

Heydər Əliyev mərkəzləri və ASAN Könüllüləri Ulu öndərin siyasi kursunun, Azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin, region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədi ilə sosial layihəyə start veriblər. Dövlət Agentliyinin informasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, layihə çərçivəsində Bərdə, Quba, Qəbələ, Mingəçevir və Masallı rayonlarında yerləşən Heydər Əliyev mərkəzlərində region gəncləri ilə görüşlər keçirilir. Görüşdə ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti, əlamətdar tarixi hadisələr, dövlət quruculuğu, gənclərin dünyagörüşünün və sosial-ictimai fəallığının artırılması ilə bağlı faydalı məlumatlar verilir, müzakirələr aparılır. Həmçinin gənclər üçün kompüter və dil kursları, şahmat oyunları, kino günləri, kitab klubu, dəyirmi masalar təşkil olunur.

Layihə çərçivəsində Azərbaycan Respublikasının regionlarında davamlı olaraq tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...