Fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək

Fiziki məhdudiyyəti olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi, onların istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması üçün noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyəti olan şəxslərin X ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi təşkil olunacaq.

Nazirlikdən SİA-ya verilən məlumata görə, tədbir “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən keçiriləcək. Sərgi-müsabiqədə respublikanın bütün bölgələri üzrə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların əl işləri (hörmə, rəsm, toxuma, xalça və dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, bədii tikmələr, müxtəlif maketlər və s.) nümayiş etdiriləcək.

Sərgi-müsabiqə müvafiq nominasiyalar üzrə bacarıq və qabiliyyəti ilə fərqlənən iştirakçıların 3 dekabr - Beynəlxalq Əlillər günü ərəfəsində mükafatlandırılması ilə yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə