Ödənişli əsgərlik üçün 357 mindən çox müraciət qeydə alınıb - Türkiyədə

Türkiyədə ödənişli əsgərlik üçün avqustun 17-dək 357 min 350 çağırışçı müraciət edib. SİA xəbər verir ki, 61 min 843 nəfərin müraciətinə müsbət cavab verilib. Sentyabrın 15-də bu çağırışçılardan 12 min nəfəri hərbi hissələrdə təlimə başlayacaq.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin ödənişli əsgərliklə bağlı qəbul etdiyi qanun iyulun 25-də qüvvəyə minib. Qanuna əsasən, çağırışçılar 15 min Türkiyə lirəsi (hazırkı məzənnə ilə təxminən 2500 ABŞ dolları) ödəyib 30 gün xidmət etməklə məcburi hərbi qulluqlarını başa vuracaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə