“Yaşıl çay”ın bu dəfəki qonaqları Nijni-Novqorod və İvanovodan oldular

Yay mövsümü başlayandan “Yaşıl çay” fermer təsərrüfatının yüksək aqrotexniki qaydada becərilmiş çay plantasiyalarına gələn xarici qonaqların sayı da artıb. SİA-nın məlumatına görə, avqustun 17-də Lənkəran Turizim Mərkəzinin direktoru İlqar Əzimovun müşayiəti ilə “Palmalayf” otelində məskunlaşan Rusiya Federasiyasının İvanovo və Nijni Novqorod şəhərlərindən bir qrup turist “Yaşıl çay” FT MMC-də olublar. Qonaqlara təsərrüfatın fəaliyyətindən, çayın becərilməsindən, emal prosesindən ətraflı məlumat verilib, turistləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Səfərdən məmnun qalan turistlər sonda plantasiya önündə çoxlu şəkillər çəkdiriblər.

“Yaşıl çay”

Bütün xəbərlər Facebook səhifəmizdə