Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası fermerlərə dəstək üçün görüşləri davam etdirir

Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbərliyi çayçılıqla məşğul olan fermerlər və Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birlikdə Astarada həyata keçirdiyi Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin əməkdaşları ilə məhsuldar müzakirələr aparıb.

Assosiasiyadan SİA-ya bildiriblər ki, müzakirələrin aparılmasında məqsəd gələcəkdə fermerlər üçün qrant əldə etmək, onların fəaliyyətinə dəstək verməkdən ibarətdir. Görüşdə fermerləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il tarixli 12 sentyabr tarixli Sərəncamının 3.1-ci bəndinə əsasən təsis edilib. Əsas məqsəd çay istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək verməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...