Prezident DSX-nın hərbi qulluqçularına ali hərbi rütbələr verib SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Əsgər Sabir oğlu Xəlilova

general-mayor Əfqan Vəli oğlu Nağıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Azər Oqtay oğlu İbrahimova

polkovnik Ayaz Əvəz oğlu Hüseynova

polkovnik Rəsul Afiq oğlu Tağıyevə.

Bütün xəbərlər Facebook səhifəmizdə