Türkiyə KİV-ləri Xəzər sammitindən yazır

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması Türkiyə KİV-lərinin də diqqət mərkəzindədir. SİA xəbər verir ki, qardaş ölkənin aparıcı media qurumları Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsini tarixi hadisə kimi dəyərləndirirlər.

Anadolu agentliyi, “ahaber”, “trthaber”, “haberturk” xəbər portalları, çoxtirajlı “Millət” və “Hüriyyət” qəzetləri və digər KİV-lər mövzu ilə bağlı məlumatlarında Xəzər dənizinin hüququ statusuna dair danışıqların iyirmi ildən çox müddətdə davam etdiyini bildirir, sənədin əhəmiyyətindən ətraflı bəhs edirlər. Türkiyə mediası, həmçinin Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatları və tranzit imkanları, eləcə də bu məsələlərin imzalanan beynəlxalq sənəddə əksini tapmasına da diqqət yetirirlər.

Qeyd edilir ki, Xəzərin hüquqi statusunun müəyyən olunması təkcə sahilyanı ölkələrin yox, regionda sülh və inkişaf tərəfdarı olan bütün ölkələrin maraqlarını əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə