“Türkdilli əlyazmalar kataloqu” nəşrə hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Türkdilli əlyazmalar kataloqu” nəşrə hazırlanıb. İnstitutdan SİA-ya verilən xəbərə görə, kataloqda bu elm müəssisəsində saxlanılan Azərbaycan, türk, özbək, türkmən və digər türk dillərində müxtəlif illərdə yazılmış ayrı-ayrı əsərlər haqqında məlumatlar verilir.

Kataloqun tərtibçisi institutun şöbə müdiri, professor Azadə Musayeva, elmi redaktoru elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə