Şikayət yerində araşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında ağacların kəsilməsi bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb. SİA-ya ETSN-dən verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 1 lüqustr ağacının kəsildiyi, 1 əncir ağacının qanunsuz budandığı və təbiətə 720 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacların Vurğun Cəfərov tərəfindən kəsildiyi və budandığı müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, fiziki şəxs qismində 2200 manat məbləğində cərimə edilib.
Nazirlik yaşıllıqların mühafizəsinə qayğıkeş münasibətlərinə və həyəcan təbili çaldıqlarına görə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında yaşayan sakinlərə dərin təşəkkürünü bildirir, ətraf mühitin qorunmasında göstərdiyi vətəndaşlıq mövqeylərini yüksək qiymətləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...