Kommunal xidmətlər sektorunda islahatlarla bağlı təkliflər paketi hazırlanacaq

Bu il Azərbaycanda kommunal xidmətlər sektorunda islahatlarla bağlı təkliflər paketi hazırlanacaq və aidiyyəti qaydada təqdim ediləcək. SİA-nın xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilib ki, ötən il kommunal xidmətlər sektorunda məqsədli fondun yaradılması ilə bağlı araşdırma aparılıb və təkliflər müvafiq qurumlara təqdim olunub.

Hesabatda bildirilib ki, 2018-2020-ci illər ərzində “ASAN kommunal” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi və mərkəzlərdə göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görüləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə