Şəhid İlham Cəfərovun xatirəsi doğum günündə anılıb

Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İlham Cəfərovun 50 illik yubiley tədbiri keçirilib.

İlk öncə Azərbaycan dövlət himmi səsləndirilib. Sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə birinci Qarabağ döyüşlərində şəhid olan İlham Cəfərovun xatirəsinə həsr olunan sənədli filim nümayiş etdirilib. Filim şəhidin keçdiyi şərəfli xidmət yolundan və döyüş yoldaşlarının xatirələrindən bəs edilir.

Təqdimat mərasimində şəhidin döyüş yoldaşları, Abşeron rayonunun ziyalıları, Qarabağ qaziləri, Səhid ailələri, ictimai birliklərinin rəhbərləri və media nümayəndələri iştirak etdilər.

Onu da xatırladaq ki, Elçin Zəka tərəfindən şəhidin xatirəsinə mahnı yazılıb və tədbirdə səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə