Tabe qurumlarda seminar-treninqlər keçirilib FOTOLAR

Penitensiar xidmət ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi arasında məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, onların dini etiqad azadlıqlarının təmin olunması və dini maarifləndirilməsi məqsədi ilə 2018-ci il üçün birgə təsdiq edilmiş tədbirlər planına əsasən bu gün 12 və 13 saylı cəzaçəkmə müəssisələrində “Dini ekstremizmə qarşı mübarizənin əsas məqsədləri” mövzusunda məhkumlarla seminar-treninqlər keçirilib. Pentensiar Xidmətdən SİA-ya verilən məlumata görə, tədbirlərdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən müəssisələrə müxtəlif dini kitablar təqdim olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə