“Dini radikalizmlə mübarizə” FOTOLAR

Bu gün Xəzər rayonunda “Dini radikalizmlə mübarizə” mövzusunda görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkili Rauf Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Rayon Ağsaqqallar Şurasının sədri Elşən Salahov, Axund Hacı Şünasi Məmmədyarlı, Axund Hacı Soltan Əlizadə, rayon ağsaqqalları, ziyalılar, din xadimləri və rayon ictimayyətinin digər nümayyədələri iştirak edib.

Görüşdə çıxış edən Namiq Əhmədov, Səyyad Salahlı, Rauf Əliyev, Axund Şünasi Məmmədyarlı, Axund Hacı Soltan Əlizadə və digərləri qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə yüksək inkişafa nail olunub. Bu nəticələrin əldə olunmasında başlıca amil ölkəmizdə yaranmış sabitlikdir. Azərbaycanın belə yüksək inkişafa nail olması ölkəmizi sevməyən xarici qüvvələr və onların əlaltılarını çox narahat edir. Onlar bütün üsullardan istifadə etməklə ölkəmizdə əmin-amanlığı, sabitliyi pozmağa çalışırlar. Bu işdə onlar bəzi dini radikal qruplardan istifadə etməyə cəhd göstərirlər. Ona görə də cəmiyyətdə bu sahəyə diqqəti bir qədər də artırmaq lazımdır. Xüsusi ilə gənclərlə aparılan maarifləndirmə işlərini təkminləşdirmək və gücləndirmək lazımdır.

Çıxış edənlər onu da qeyd ediblər ki Azərbaycanda mövcud olan stabillik ölkəmizdəki vətəndaş həmrəyliyinə, multikulturalizmə və ən əsası xalq-iqtidar birliyinə əsaslanır və heç bir qüvvə bu stabitliyi poza bilməyəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə