Dünyanın ən simvolik memarlıq abidələri qırmızı rəngə boyanacaq

Bakı Olimpiya Stadionu Xüsusi Olimpiya hərəkatı üçün “İnkluzivlik üçün binaların işıqlandırılması” təşəbbüsündə iştirak edəcək

Bakı şəhəri 2018-ci il – “Special Olympics” hərəkatı bu gün bəyan edib ki, təşkilatın 50 illik yubiley tədbirlərinin çərçivəsində dünyanın simvolik memarlıq abidələri, o cümlədən Bakı Olimpiya Stadionu iyulun 20-də qlobal birliyin rəmzi olaraq qırmızı rənglə işıqlandırılacaq. Gənclər və İdman Nazirliyindən SİA-ya verilən məlumata görə, bu akt İnkluzivlik İnqilabını əks etdirir – Xüsusi Olimpiya (Special Olympics) hərəkatının missiyası əqli əlilliklərə malik insanlara qarşı ayrı-seçkiliyə son qoymaq və inkluziv cəmiyyətlər formalaşdırmaqdır.

“Əqli əlilliklərə malik insanların harada yaşamasından asılı olmayaraq onlarla bağlı məlumatlılığın artırılmasına göstərilən böyük dəstəyə görə minnətdarıq” – Special Olympics təşkilatının rəhbəri Timoti Şiver demişdir. “İnkluzivlik naminə binaların işıqlandırılması Xüsusi Olimpiya hərəkatının missiyasının davam etdirilməsinin və təkamülünün rəmzidir”.

Azərbaycanın daha inkluziv dünyanın yaradılmasına dəstəyini nümayiş etdirmək məqsədilə Bakı Olimpiya Stadionu iyulun 20-i saat 21.30-da qırmızı rənglə işıqlandırılacaq. Dünyada 100-dən artıq bina bu təşəbbüsdə iştirak edəcək və tolerantlıq və fərqliliklərə hörmət nümayiş etdirəcək.

Bu təşəbbüsdə iştirak edəcək yerlərə ABŞ və Kanadada Niaqara şəlaləsi, Mexiko şəhərində Müstəqillik Mələyi abideəsi və Pekində Su Kubu daxildir. Avropa və Avrasiya regionunda bu təşəbbüstə iştirak edəcək abidələrin tam olmayan siyahısı budur:

1. London Eye & Piccadilly sign, London, UK

2. Mansion House, Dublin, Ireland

3. Olympic Stadium, Baku, Azerbaijan

4. Moorish Castle, Gibraltar

5. Torre de Belém, Lisbon, Portugal

6. Basilica di Santa Maria di Collemaggio, L'Aquila, Italy

7. Olympic Stadium, Berlin, Germany

8. National Stadium, Warsaw, Poland

9. Niarchos Foundation Culture Centre, Athens, Greece

10. The Royal Palace, Bucharest, Romania

11. National Opera Building, Kyiv, Ukraine

12. Olympic Stadium, Baku, Azerbaijan

13. Khan Shatyr, Astana, Kazakhstan

14. Krymsky Bridge, Moscow, Russia

İnkluzivlik naminə binaların işıqlandırılması təşəbbüsü iyulun 17 – 21-də Çikaqo şəhərində keçirilən Special Olympics təşkilatının 50-ci ildönümü ilə bağlı yubiley tədbirlərinin bir hissəsidir. Çikaqo 1968-ci ilin iyul ayında ilk dəfə keçirilmiş Beynəlxalq Special Olympics Yay Oyunlarının vətənidir.

Xüsusi Olimpiya idmançıları, məşqçiləri, azarkeşləri və məşhurlar sevinc, cəsarət və hüquqların təntənəsi olan 50-ci yubiley tədbirlərində iştirak etmək üçün Çikaqoda toplaşacaq və ilhamverici tədbirlərlə zəngin olan təntənələrdə iştirak edəcəklər.

Toyota şirkəti tərəfindən təqdim olunacaq ilk Vahid Futbol Kubokunun təqdimatı 17 -20 iyul tarixlərində CIBC Fire Pitch və Toyota Park meydançalarında baş tutacaq. Bu kubokda əqli əlillikləri olan və olmayan idmançılar birlikdə yarışacaqlar. Cümə günü, iyulun 20-də dünyanın müxtəlif ölkələrindən gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşları və əlil idmançılar Məşəl Qaçışında iştirak edəcəklər. 4 millik qaçış ilk xüsusi olimpiya oyunlarının keçirildiy Soldier Field’in kənarında Əbədi Ümid Məşəlinin yandırılması ilə yekunlaşacaq. Təntənələrin sonunda Special Olympics təşkilatı idman oyunları, əyləncə, sərgilər və yeməkləri özündə əhatə edən ailəvi Qlobal İnkluzivlik Günü tədbirini təşkil edəcək. Burada dünya ulduzları Chance the Rapper, Usher, Francis & the Lights, Smokey Robinson, Jason Mraz and O.A.R.-ın iştirakı ilə konsert də təşkil olunacaq.

Qarşıdan gələn “Special Olympics” tədbirləri

“Special Olympics” hərəkatının 50 illik yubiley tədbirləri Azərbaycanda davam edəcək. Sentyabr ayında Bakı “Special Olympics Qlobal Gənc Liderlər” forumuna ev sahibliyi edəcək. Azərbaycan daxil olmaqla təxminən 30 ölkəni təmsil edən 30-dən artıq gənc və yaşlı liderlər sentyabrın 24-dən 28-dək Bakıda toplaşacaq. Qlobal Gənc Liderlər Dorumu Special Olympics şüarı altında gənclərin aparıcı rol oynayacağı sosial layihələrin yeni erasının əsasını qoyacaq. Azərbaycan hökumətinin tam dəstəyinə malik olan bu forum iştirakçılara öz ölkələrində daha inkluziv icmalar formalaşdırmaq üçün təlim verəcək və imkanlar yaradacaq. Forumun keçirilməsi haqqında qərar Aprel ayında Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimov və Special Olympics Avropa və Avrasiya üzrə prezidenti və icraçı direktoru cənab David Evangelistanın iştirakı ilə keçirilmiş imzalanma mərasimində elan olunub.

Eyni zamanda növbəti Special Olympics Dünya Yay Oyunları 14 – 21 mart 2019-cu il tarixlərində Abu Dabi şəhərində keçiriləcək. Dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7000-dən artıq xüsusi olimpiya idmançısı bu yarışda iştirak edəcək.

Special Olympics haqqında

“Special Olympics” əqli əlillikləri olan insanlara qarşı ayrı-seçkiliyə son qoymaq və onları səlahiyyətləndirmək məqsədilə idman, səhiyyə, təhsil və liderlik proqramlarından istifadə etməklə qlobal inkluzivlik hərəkatıdır. 1968-ci ildə təsis olunmuş və bu il 50-ci ildönümünü qeyd edən “Special Olympics” 170-dən artıq ölkədə 5 milyon atleti və tərəfdaşı birləşdirir.

Bir milyondan artıq məşqçi və könüllünün dəstəyi ilə “Special Olympics” il ərzində 32 olimpiya oyunları tipli yarış və 108 min oyun və müsabiqə təşkil edir. Christmas Records Trust, Law Enforcement Torch Run® for Special Olympics, The Coca-Cola Company, United Airlines, The Walt Disney Company and ESPN, Microsoft, Lions Clubs International, Bank of America, Essilor Vision Foundation, Golisano Foundation, Safilo Group və TOYOTA daxil olmaqla fərdlər, fornlar və tərəfdaşlar “Special Olympics” hərəkatını dəstəkləyir. Tərəfdaşların tam siyahısı ilə buradan tanış olmaq olar. Bizi "Twitter", "Facebook", "YouTube", "İnstagram" və Medium’dakı bbloqumuzdan izləyin. Daha çox məlumat almaq üçün www.SpecialOlympics.org səhifəsinə baş vurun.

Bütün xəbərlər Facebook səhifəmizdə