122 cinayət faktı qeydə alındı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 122 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 17 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...