YAP Qaradağ rayon təşkilatında ərazi ilk partiya təşkilatları sədrlərinin yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə yığıncaq keçirilib. Yığıncaqda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov tədbirin Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatı sədrlərinin son müşavirəsində qarşıya qoyulmuş vəzifələrlə əlaqədar olduğunu bildirib. A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən illər ərzində dinamik inkişaf edərək, bütün sahələrdə böyük uğurlara nail olub, regionun lider dövlətinə çevrilib. Onun sözlərinə görə, bu uğurları gözü götürməyən qüvvələr Azərbaycana qarşı məkrli planlar hazırlyırlar: «Belə planlar indiyə qədər dəfələrlə olub. Amma heç zaman baş tutmayıb. Çünki ölkəmizdə güclü vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan xalqı birmənalı olaraq Prezident İlham Əliyevin siysətini dəstəkləyir və ölkə vətəndaşları dövlətimizin başçısının ətrafında sıx birləşiblər».

Rayon təşkilatının sədri qeyd edib ki, bu gün Azərbaycan böyük layihələrin müəllifidir. Bu layihələr Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bütün bunlar isə ölkəmizin beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini daha da artırır. «Azərbaycanın bu uğurlarından narahat olan qüvvələrin planları isə heç vaxt baş tutmayacaq. Onların ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq istəyinin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq»-deyə, A.Hüseynov vurğulayıb.

Tədbirdə, həmçinin YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Hicrət Qaradağlı, YAP Qaradağ rayon təşkilatının Sura üzvləri Nadir Muradov və Nazilə Xudaverdiyeva çıxış edərək ölkəmizin dünyada sabitlik adası olduğunu bildiriblər. Qeyd olunub ki, bu reallıq beynəlxalq miqyasda da etiraf olunur. Sabitliyin əsasını isə ölkəmizdəki vətəndaş həmrəyliyi və xalqımızın Prezident İlham Əliyevin siyasətinə dərin inamı təşkil edir. ona görə də, heç bir qüvvə ölkəmizə qarşı məkrli niyyətlərini gerçəkləşdirə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə