Anadolu Universiteti mətbuat nümayəndələrinin peşə bayramını təbrik edib

Bu gün Türkiyənin Anadolu Dövlət Universitetinin,Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin birgə təşkilati dəstəyilə  "Azərbaycanda milli mətbuatın yaranmasının" 143 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, Anadolu Universitetinin İKT xidmətləri göstərən Tərəfdaş Qurumunun binasında başlanan tədbirdə Universitetin rektoru Naci Gündoğan, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral, mətbuat nümayəndələri iştirak ediblər. İlk çıxış edən rektor Nacı Gündoğan mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edib. O bildirib ki, Anadolu Universiteti 60 illik tarixə malik dövlət Universitetidir. Onun sözlərinə görə, universitetin digərlərindən fərqi uzaqdan təhsil sisteminin mövcudluğudur: "1982-ci ildən indiyədək 3 milyon məzunumuz olub. 1986-cı ildə Almaniyada ofisimiz açsaq da, hazırda Almaniyanın 7 fərqli şəhərlərində tələbələr universitetin dissidant təhsilindən yararlanırlar. Bundan başqa bir sıra ölkələrdə fəaliyyət göstərir, yaxın zamanlarda Avstraliyada fəaliyyət başlamağı nəzərdə tutmuşuq". 9 ildir Azərbaycanda fəaliyyət göstərdiklərini deyən rektor qeyd edib ki, əsas məqsəd texnologiyanın imkanlarından istifadə edərək Türkiyədə təhsil ala bilməyən tələbələrin ölkələrinə gəlməkdir. Təhsil ödənişli olsa da bu, ödənişlər Azərbaycanda bacarıqlı tələbələr üçün təhsil göstəricilərinə görə dəyişə bilir. Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda dissidant təhsil üçün tələbələrin istəyi ilə xüsusi ofis yaradılıb. Bundan başqa tələbələrin suallarının müəllimlər tərəfindən cavablandırılması üçün xüsusi sistem də yaradılıb". Anadolu Universiteti Azərbaycanın bir neçə universiteti ilə əkdaşlıq edilir. Anadolu Universiteti Türkiyənin Azərbaycandakı Mərkəzidir". Azərbaycan-Türkiyə münasibətlərindən söz açan Nacı Gündoğan söyləyib ki, bu əlaqələrin sıxlığı tək sözdə deyil, həqiqətdədir. Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral mətbuat nümayəndələrini təbrik edirək söyləyib ki, Anadolu Universiteti ən köklü,ən qədim dünyada ən çox tələbəyə malik olan ali məktəbdir: "Milyonlarca insan bu ali məktəbin məzunlarıdır. Açıq təhsil sistemi vasitəsilə məzun olanların diplomu dünyanın bütün ölkələrində keçərlidir. Biz səfirlik olaraq bu ali məktəbin fəaliyyətinə dəstəyimizi verir, bundan sonra da dəstəyimizi davam etdirəcəyik. Burada təhsil Azərbaycan qanunvericiliyinə uyğundur".
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə