Dövlət Miqrasiya Xidməti mətbuat konfransı keçirib

Cari ilin 6 aylıq fəaliyyətinin yekunları barədə Dövlət Miqrasiya Xidməti mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda bu ilin 6 ayı ərzində Dövlət Miqrasiya Xidməti fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun şəkildə, şəffaflığın tam təmin edilməsi, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq normativ-hüquqi bazanın və inzibati icraatın təkmilləşdirilməsi və müraciət edənlərin məmnunluğunun təmin edilməsi istiqamətində davam etdirildiyi bildirilib.

Həmçinin diqqətə çatdılıb ki, qurumun fəaliyyət istiqamətləri - əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, eləcə də vətəndaşlıq məsuliyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə