Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətini dayandırmaq üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlərə başlayıb. Bu barədə agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən açıqlama verilib.

Məlumata əsasən, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edib.

Bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, bu cür fəaliyyətlərin aradan qaldırılması üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlər davam etdiriləcək və qanunla müəyyən olunmuş qaydada ciddi tədbirlər həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə