Ramin Quluzadə Qaxda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyulun 20-də saat 12:00-da Qax şəhərində vətəndaşlarla görüşəcək. SİA-nın məlumatına görə, nazir Qax, Şəki, Oğuz, Qəbələ, Zaqatala və Balakən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Bunun üçün:

Qax rayonunda 024 2552300

Şəki rayonunda 024 2448790

Oğuz rayonunda 024 2152899

Qəbələ rayonunda 024 2052599

Zaqatala rayonunda 024 2252999

Balakən rayonunda 024 2952300

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə