Son 6 ayda 82,9 min nəfərə yeni fərdi şəxsi hesab açılıb

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 82892 nəfərə fərdi şəxsi hesab açılıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, həmin şəxslərin hər birinə uçota alındıqlarını və onlar üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilərək təqdim olunub.

Fərdi şəxsi hesablarda sığortaolunanların gələcək pensiya təminatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar və ödənilən sosial sığorta haqları hesabına pensiya kapitalı toplanır. Hər bir sığortaolunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə real vaxt rejimində fərdi şəxsi hesablarında yığılmış pensiya kapitalı barədə məlumat əldə edə bilər.

01 iyul 2018-ci il tarixə Fondun fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 152 959 nəfər və ya 4,4 faiz artaraq 3 649 637 nəfərə çatıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə